Azərbaycanda pul köçürmələrində yenilik: Daha əvvəlki kimi olmayacaq - APA TV
Bakıda "Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin artırılması" layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə azərbaycanlı emiqrantların, ölkəmizdə yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyindən və onların yaşayış səviyyəsinin inkişaf etdirilməsindən bəhs olunub.
Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Vladimir Gjorgievin sözlərinə görə, Azərbaycanda ötən ilin ilk 6 ayı ilə müqayisədə bu ilin ilk 6 ayı ərzində pul köçürmələrində 3 faiz artım müşahidə olunub: “Son illərdə həm pandemiya, həm Rusiya-Ukrayna müharibəsi pul köçürmələrinə öz təsirini göstərib. Bu gün isə Azərbaycanda pul köçürmələrinin rəqəmsallaşmasının yüksəldilməsi istiqamətində işlər görülür. Yeni layihələr əsasında yol xəritəsi hazırlanacaq ki, bu da ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli olacaq”.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov isə bildirib ki, müəyyən dövrə qədər Azərbaycanda pul köçürmələri 2 yolla; fiziki şəxsin əldən ələ ötürməsi və ya bank vasitəsilə həyata keçirilib.
Tədbirdə o da bildirilib ki, dövlət qurumları, qeyri-hökumət təşkilatları, banklar, poçt xidməti, pul köçürmə operatorları və s. daxil olmaqla pul köçürmələrində iştirak edən bütün aidiyyəti tərəflərin təhlili və vizual təsviri tamamlanmaqdadır.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib