14:17 16 may 2022 236
Ana səhifə Xəbərlər

Azərbaycanda Peşələr festivalına start verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Şamaxı rayonunda Peşələr Festivalına start verilib.


APA TV-nin yerli bürosunun xəbərinə görə, “öyrən, Əylən, Peşəni seç” devizi ilə keçirilən festivalda iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmaqda dəstək olunacaq. Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmiş olacaq. Layihə çərçivəsində aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və workşoplar keçirilib. Eskpertlər iştirakçılara düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, işçi qüvvəsinə olan tələblər, gələcəyin peşə və bacarıqları barədə məlumatlılığın artırılmasının, onların peşə seçiminə hazırlanmasının, eləcə də peşələr haqqında məlumatı əyani şəkildə yoxlamaq fürsəti yaradıb.

 

Qeyd edək ki, növbəti Peşələr Festivalı 17 may 2022-ci il tarixində Sumqayıt şəhərində keçiriləcək. Festivalın 10 şəhər və rayonda davam etməsi nəzərdə tutulur. Festivalda iştirak ödənişsizdir.


Şahnəzər Bəşirov, APA TV, Şamaxı

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın