Azərbaycanda Novruz tətili başlayıb
Azərbaycanda Novruz bayramı münasibətilə bu gündən tətil başlayıb.
APA Tv-nin məlumatına görə, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür.
Baş Nazir Əli Əsədovun bu il martın 12-də imzaladığı qərarla isə iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.
Beləliklə, 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirildiyi və 28 mart şənbə gününə təsadüf etdiyi üçün Novruz bayramında 9 gün iş olmayacaq.
OXŞAR XƏBƏRLƏR
17:21
1047
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1093
Növbəti köç karvanları yola salınıb
13:38
1108
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
940
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1070
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2979