Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
Milli Musiqi Günü dahi Ü.Hacıbəyovun doğum günü ilə bağlıdır.
APA TV-nin məlumatına görə, 1995-ci ildə isə Ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabr - Milli Musiqi Günü kimi qeyd olunub.
Bu münasibətlə mədəniyyət və incəsənət xadimləri Fəxri Xiyabanda Üzeyir Hacıbəyovun məzarını ziyarət ediblər.
Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, müavini Vaqif Əliyev, Prezident Administrasiyasının Humanitar-siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və başqa tanınmış şəxslər iştirak edib.
Nazir Əbülfəs Qarayev bildirib ki, 18 sentyabr Azərbaycan xalqı üçün əsl bayramdır, Üzeyir bəy nəinki müasir Azərbaycan musiqisinin banisi, böyük bəstəkarı, həm də yazıçı, filosof, ictimai xadim kimi adını tarixə yazdırıb.
Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyovu Azərbaycan musiqisinin peyğəmbəri adlandırıb: “Mən inanıram ki, biz bu günü Şuşada qeyd edəcəyik. Çünki Üzeyir bəyin əsərləri, onun yaradıcılığı bizim əsas silahımızdır”.
Milli Musiqi Günündə mədəniyyət və ictimaiyyət nümayəndələri Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan “Güllələnmiş heykəllər”i ziyarət edib.
Tədbir Azərbaycan Milli Konservatoriyasında davam edib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."