Azərbaycanda Məhərrəm ayı başladı
Azərbaycanda Məhərrəm ayı başlayıb.
APA TV-nin məlumatına görə, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatır, yeni 1442-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-ci il avqust ayının 21-nə təsadüf edir.
Məhərrəm ayının 10-u - Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir.
Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı müraciətində bildirilir ki, koronovirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.
Hər il ənənəvi olaraq məscidlərdə deyil, pandemiya səbəbindən bu dəfə Qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan vermək tövsiyə olunur.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi