Azərbaycanda "Mall"arın fəaliyyəti bir aylıq dayandırıldı
Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.
APA Tv xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb.
Bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranmışdır.
Bu baxımdan nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılır.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib