Azərbaycanda koronavirusa yoluxan daha 4 nəfər sağaldı
Azərbaycanda koronavirus infeksiyasına yoluxduğu müəyyən edilmiş 4 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, hazırda ölkədə 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Qərargah koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırır.
OXŞAR XƏBƏRLƏR
17:21
1073
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1118
Növbəti köç karvanları yola salınıb
13:38
1133
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
944
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1073
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2983