Azərbaycanda əsgərə uyuşdurucu gətirdilər
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində görüş zamanı əsgərə narkotik vasitə verən şəxs saxlanılıb.
Xidmətdən verilən xəbərə görə, aprel ayının 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu ilə görüşə gələn yaxın qohumunun əsgərə narkotik vasitə gətirdiyi aşkar olunaraq faktla bağlı qanunamüvafiq tədbirlər görülüb.
Hərbi qulluqçuya narkotik vasitəni gətirən şəxs barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və hərbi qulluqçunun valideynlərinə məlumat verilib.
Fakt üzrə araşdırma tədbiri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
18:44
1093
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
997
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
1212
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
20:35
1149
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
1188
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
1054