Azərbaycanda ən çirkli hava hansı rayondadır?
Bakının 3 rayonunda atmosfer daha çirklidir. Xətai, Nizami və Səbaildə havanın keyfiyyəti normadan artıq zərərlidir. Bunu isə aidiyyatlı qurumlar paytaxtda nəqliyyat vasitələrinin çoxluğu və hərəkətin intensivliyi ilə əlaqələndirirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqin nəticələrinə görə, burada həm də Bakıda fəaliyyət göstərən iaşə obyektlərindən atmosferə atılan tullantıların payı var.
Bakı, Sumqayıt, Gəncə kimi iri sənaye şəhərlərindən fərqli olaraq respublikanın bəzi rayonlarında sənayeləşmə yeni-yeni başlayır. Bu da öz növbəsində iri şəhərlər kimi həmin ərazilərdə havanın keyfiyyəti baxımından müxtəlif suallar meydana gətirir. Buna görə də yerlərdə havanın vəziyyəti vaxtaşırı səyyar mobil laboratoriyalar vasitəsilə yoxlanılır.
Qeyd edək ki, atmosferin daha çox çirkləndiyi ərazilərdə dəm qazı, azot 4 oksit, dispers tozları üstünlük təşkil edir. Bunlar da əsasən nəqliyyat, sənaye tullantıları və metereoloji şəraitdən asılı olaraq yaranır.
Vəziyyətin nisbətən yaxşılaşdırılması üçün Azərbaycan inkişaf etmiş Avropa ölkələri kimi neft məhsulları ilə işləyən nəqliyyat vasitələrindən tədricən imtina etməyə başlıyıb. Buna görə də elektromobillərin idxalına maraq artıb.
Havanın çirklənməsi tənəffüs yolları və ağciyər xəstəlikləri, eləcə də digər xroniki xəstəliklərin daşıcısı olan insanlarda tez-tez diskomfort yaradır. Belə hallarda, xüsusilə, uşaqlar arasında ağciyərin böyüməsi kimi neqativ hallar müşahidə olunur.
AYNUR QARA
KAMRAN NAMAZOV
APA TV
OXŞAR XƏBƏRLƏR
18:44
843
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
750
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
954
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
20:35
1118
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
1160
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
1027