Azərbaycanda danışılmış oyunlara görə 6 futbolçu 2 il , 1 nəfər ömürlük cəzalanıb
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda danışılmış oyunlarla bağlı müzakirələrdən sonra müvafiq qərarlar verilib.
:0Samir Hüseynov danışılmış oyunların təşkil edilməsinə görə futbolla bağlı hər hansı fəaliyyətdən ömürlük məhrum edilib. Onun AFFA və PFL bayrağı altında keçirilən oyunlarda stadiona daxil olmağına qadağa qoyulub.
Altı futbolçu isə danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə cəzalanıb. MOİK-in futbolçuları Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Qabil Sabirli, Elşən Veysov, həmçinin əvvəl bu klubda çıxış etmiş, hazırda “Araz Naxçıvan”ın qapıçısı olan Fərman Bayramovun 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmağına qadağa qoyulub. Bu oyunçular 6 aydan sonra futbol fəaliyyəti ilə məşğul ola bilər.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər