Azərbaycanda daha 6 nəfər koronavirusdan öldü - 491 YENİ YOLUXAN VAR
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 491 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4947, ötən müddət ərzində isə ümumilikdə 422 049 test aparılıb.
OXŞAR XƏBƏRLƏR
11:43
1265
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1275
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1304
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1357
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1948
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1968