Azərbaycanda daha 4 nəfər koronavirusdan öldü - 338 YENİ YOLUXAN VAR
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4801, ötən müddət ərzində isə ümumilikdə 391 699 test aparılıb.
OXŞAR XƏBƏRLƏR
11:43
1387
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1396
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1440
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1375
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1960
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1979