Azərbaycanda daha 25 nəfər koronavirusa yoluxdu, 67 nəfər sağaldı
Azərbaycanda 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 67 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında OPerativ Qərargahdan APA TV-yə verilən xəbərə görə, hazırkı dövrədək ölkəmizdə 1617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib.
516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 120 479 test aparılıb.
OXŞAR XƏBƏRLƏR
16:28
357
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
462
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2485
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2295
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2285
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1474