Azərbaycanda daha 14 şagirddə koronavirus aşkarlanıb
Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.
Nazirlikdən APA TV-yə verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 13, işçi sayı 3 olub.
Koronavirusa yoluxan şagird sayı 14, işçi heyətinin sayı isə 4 nəfər təşkil edib.
Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən distant təhsilə keçirilmiş siniflərin sayı isə 2, məktəblərin sayı isə 4 olub.
Virus səbəbindən distant təhsildə olan 5 sinif yenidən əyani təhsilə keçirilib.
Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 52, məktəb sayı isə 24 olub.
OXŞAR XƏBƏRLƏR
20:20
765
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
775
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
18:38
1365
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
17:58
1511
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
17:20
1464
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
17:18
981