Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, koronavirus infeksiyasına yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
OXŞAR XƏBƏRLƏR
16:28
655
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
776
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2781
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2325
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2315
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1499