Azərbaycanda bir gündə 178 nəfər COVID-19-dan sağalıb, 112 nəfər yoluxub, vəfat edən olmayıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 112 yeni yoluxma faktı qeydə alınıb, 178 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, son sutka ərzində koronavirusdan vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 34 219 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 875 nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib, aktiv xəstə sayı 18 38 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5712, ötən müddət ərzində isə ümumilikdə 831 755 test aparılıb.
OXŞAR XƏBƏRLƏR
11:43
291
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
296
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
303
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1250
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1837
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1845