Azərbaycanda bəzi xarici ali məktəblərin diplomlarının niyə tanınmadığı açıqlandı
Xarici diplomların tanınması barədə mənfi qərarların səbəbləri açıqlanıb.
Təhsil Nazirliyindən APA TV-yə verilən məlumata görə, Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında aşağıda qeyd edilən iki göstərici üstünlük təşkil edib:
1. Tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması;
2. Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını da açıqlayıb. Bildirilib ki, 10 universitetin 851 halda diplomuna imtina verilib.
Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar