Azərbaycanda beş ildir ki, istifadəyə verilən bu yolda sürüşmə aktivləşib
Astaranın dağ kəndlərinə gedən yolda sürüşmə aktivləşib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, söhbət Təxtənəkəran-Toradi avtomobil yolundan gedir. 2017-ci ildə tikilərək istifadəyə verilən asfalt yolda zaman keçdikcə iri çalalar və çökmələr əmələ gəlib. Yeni çəkilməsinə baxmayaraq, 25 km uzunluqda olan sözügedən yolun bəzi hissələrində çökmələr yaranıb. İntensiv yağan yağışlar səbəbindən dağdan sürüşərək yola tökülən torpaq qatı asfalt örtüyünü tamamilə dağıdıb.
Təxtənəkəran -Toradi avtomobil yolundan Astara və Lerik rayonlarının ümumilikdə 19 kəndi, 7000-dən çox sakini istifadə edir. Əziyyətlə keçilən yolun təbii proseslər nəticəsində sürüşməyə məruz qalmasından əlavə, burada yol xətlərinin və nişanların olmaması vəziyyəti daha da çətinləşdirir. Bu da öz növbəsində dumanlı hava şəraitində və gecə saatlarında nəqliyyatın hərəkətinə təhlükə yaradır. Yoldakı problemlərlə bağlı cavabdeh idarə ilə əlaqə saxladıq. İdarədən bildirildi ki, yolun asfalt örtüyünün sıradan çıxması təbii hadisələrlə əlaqəlidir, digər problemlər isə yolu tikən podratçı şirkət tərəfindən zamanında həll olunmalı idi.
Hazırda yolda müəyyən təmir işlərinin getdiyini bildirən qurum rəsmisi bütün problemlərdən xəbərdar olduqlarını və yolu nəzarətdə saxladıqlarını dedi.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Lənkəran
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir