Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı açıqlandı
Sabahdan Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq.
APA TV-nin xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komitəsinin bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib.
Bildirib ki, oktyabrın 19-dan bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi prosesi başlayacaq. Onun sözlərinə görə, bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin reallaşması ilə bağlı heç bir maneə yoxdur. Azərbaycanın seçkilərin keçirilməsi sahəsində kifayət qədər geniş təcrübəsi var.
MSK sədri qeyd edib ki, bu il keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq bütün müvafiq tədbirlər, o cümlədən maarifləndirmə işləri lazımi qaydada həyata keçiriləcək.
Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək