Azərbaycanda avtomobili sel apardı
İsmayıllı rayonu ərazisindən keçən Girdiman çayına sel gəlib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, sel suları nəqliyyat vasitəsini aparıb. Rayonun Zərnava kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Zamiq Tofiq oğlu idarə etdiyi 99-MV-259 dövlət nömrə nişanlı "UAZ" markalı avtomobillə Girdiman çayından keçərkən güclü sellə qarşılaşıb.
O, avtomobili çaydan çıxara bilməyib, sel suları avtomobili bir neçə dəfə aşıraraq aparıb. Sürücü Zamiq Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alsa da, suda boğulmaqdan xilas olub. Sürücü yaxınlıqdakı insanların köməyi ilə sudan çıxarılaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qeyd edək ki, Zərnava kəndinə getmək üçün vətəndaşlar Girdiman çayı üzərindəki piyada körpüsündən istifadə edirlər və avtomobil körpüsü olmadığı üçün nəqliyyat vasitələri ilə su az olduqda çayın içərisindən keçirlər. Bəzən çaya qəflətən gələn sel nəticəsində oradan keçən avtomobillərə, mal-qaraya ziyan dəyir, tələfat baş verir. Həmin ərazidə avtomobil körpüsünün inşasına böyük ehtiyac var.
Şahnəzər Bəşirov, APA TV, İsmayıllı
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko