Azərbaycanda avtobusların gecə reysləri bərpa olunur – 10 İLDƏN SONRA
Gecə saatlarında avtobus reyslərinin bərpası sərnişinlərin rahatlığını təmin edəcək, onların daha tez və qısa zamanda mənzil başına çatmasına imkan yaradacaq.
Bu barədə APA TV-yə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini İbrahim Əliyev bildirib.
Onun sözlərinə görə, bu reyslərin bərpası sərnişinlərə vaxtdan daha səmərəli istifadə etməyə və mənzil başına günün daha rahat vaxtlarında yetişməyə şərait yaradacaq: “Biz müasir nəqliyyat vasitələrini 2 sürücü iştirak etməklə bu reyslərin açılmasına qərar vermişik. Hökumətdən razılıq alınıb. Oktyabrın 1-dən test rejimində Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Tərtər-Bakı və ola bilər, başqa istiqamətlərdə də marşrutlar nəzərdə tutulsun. Sürücülər təlim keçiblər. Onlar hər gün texniki-tibbi müayinədən keçiriləcəklər. Eyni zamanda onların iş və istirahət vaxtlarına taxoqraf cihazı ilə nəzarət olunacaq”.
İbrahim Əliyev bildirib ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq.
Qeyd edək ki, 2010-cu il may ayının 6-dan etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksi tərəfindən şəhərlərarası istiqamətdə uzaq məsafələrə yola düşən avtobusların qrafikində dəyişiklik edilərək, gecə saatlarında avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulmuşdu.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."