Azərbaycanda artıq dozadan 980 nəfər öldü
Son 7 il (2016-2022) ərzində narkotik maddələrin artıq dozasının qəbulu nəticəsində ölənlərin sayı 980 nəfər olub.
APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnalında öz əksini tapıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsinin verdiyi rəsmi məlumata əsasən, narkotik maddələrin aşırı dozasının qəbulu nəticəsində ölənlərin sayı 2016-ci il üzrə 39 nəfər, 2017-ci il üzrə 58 nəfər, 2018-ci il üzrə 90 nəfər, 2019-cu il üzrə 126 nəfər, 2020-ci il üzrə 160 nəfər, 2021-ci il üzrə 258 nəfər, 2022-ci il üzrə 249 nəfər təşkil edib.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib