Azərbaycanda 52 nəfərdə koronavirus aşkarlandı, 1 nəfər öldü, 39 nəfər sağaldı
Azərbaycanda koronavirus infeksiyasına 52 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, xronik ürək çatışmazlığı və ürəyin işemik xəstəliyi olan 1969-cu il təvəllüdlü vətəndaş vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 1984 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1480 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 478 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 29 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
OXŞAR XƏBƏRLƏR
13:02
203
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2258
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2230
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2263
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1452
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
2033