Azərbaycanda 3 bal gücündə zəlzələ olub
Bu gecə Gəncə şəhəri və ətraf bölgələrdə zəlzələ olub.
APA TV-nin yerli bürosunun məlumatına görə, yeraltı təkanlar mayın 3-dən 4-nə keçən gecə, saat 00:05-də qeydə alınıb.
Zəlzələ, həmçinin, Goranboy rayonunun mərkəzində, o cümlədən kəndlərində də hiss olunub.
Yeraltı təkanlar bir neçə saniyə ərzində davam edib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin episentrində yeraltı təkan 3 bala qədər hiss olunub.
OXŞAR XƏBƏRLƏR
13:02
248
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2299
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2269
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2267
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1456
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
2036