Azərbaycanda 136 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər öldü, 71 nəfər sağaldı
Azərbaycan Respublikasında 136 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
APA TV-nin xəbərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü üç nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 232.077 test aparılıb.
OXŞAR XƏBƏRLƏR
11:43
1981
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1968
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2039
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1429
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
2007
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2036