Azərbaycanda 11 yaşlı qız ana oldu
İmişlidə 11 yaşlı qız uşaq dünyaya gətirib.
İmişli rayon xəstəxanasından APA TV-nin Mil-Muğan bürosuna verilən məlumatına görə, İmişli şəhər sakini 2010-cu il təvəllüdlü (11 yaşlı) məktəblinin nənəsi İmişli rayon Xəstəxanasına müraciət edib.
Xəstəxananın ginekoloji şöbəsində 11 yaşlı qıza 31 həftəlik hamiləlik diaqnozu qoyulub. Bu barədə xəstəxana İmişli rayon prokurorluğuna müraciət edib. İmişli rayon prokurorluğu araşdırmaya başlayıb. Bu gün Respublika Klinik xəstəxanasında azyaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
21:57
450
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
21:51
506
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
21:44
507
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
16:29
1152
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
1161
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1712