Azərbaycana məxsus 300-ə yaxın məscidi kim yer üzündən silib?
Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” adlı plenar sessiyanın növbəti müzakirə mövzusu "İslamofobiya və mediada nifrət çağırışları" oldu. Azərbaycan Televiziyasının sədr müavini Rüfət Həmzəyevin moderatorluğu ilə keçirilən plenar sesiyada ilk olaraq “TRT World” Araşdırma Mərkəzinin direktoru Tarık Çerkaui “Müsəlmanlara qarşı fanatizmin güclənməsi: Media və islamofobiya”mövzusunda çıxış etdi. Bildirdi ki, bu gün islamafobiyanın olması bir faktdır və bu dünyada çox geniş yayılıb.
Niderland Krallığından olan media və kommunikasiya üzrə professor, Qlobal Media və Kommunikasiya üzrə Proqramın direktoru İdil Osman İslam anlayışının artıq siyasi alətə çevrildiyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib