Azərbaycan Zəngəzurdan Avropa bazarına çıxacaq - APA TV
2022-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməli qoyulan 330 kilovoltluq "Cəbrayıl" Qovşaq yarımstaniyasında işlər yekunlaşmaq üzrədir. Qarabağ və Şərqi Zəngəzurda tikilən ən böyük 330 kilovoltluq "Cəbrayıl" Qovşaq yarımstansiyasında “AzərEnerji” tərəfindən 330 və 110 kV-luq Açıq Paylayıcı qurğular, Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. "Cəbrayıl" Qovşaq Yarımstansiyası ilə 110 kilovoltluq Qubadlı və digər yarımstaniyalar arasında ötürmə xətlərinin çəkilməsi də tamamlanmaqdadır. Bir sözlə, görülən bu işlər, Qarabağ və Şərgi Zəngəzurun elektrik enerjisinə olan ehtiyacını ödəməklə yanaşı, bu enerji növünün Avropa bazarına da ixracına imkan verəcək. "Cəbrayıl" Enerji Qovşağını qidalandıracaq əsas yarımstansiyalardan biri olan 330 kilovoltluq “Ağcabədi” yarımstansiyasında yenidənqurma işləri və buradan Cəbrayıla 132 kilometrlik məsafədə 330 kilovoltluq ikidövrəli ötürmə xəttinin çəkilməsi də yekunlaşmaq üzrədir.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib