Azərbaycan və Türkiyə hərbçiləri yenə bir sırada
Müdafiə nazirinin 2023-cü il üzrə təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.Müdafiə Nazirliyindən verilən məlumata görə, xüsusi hazırlanmış mühəndis şəhərciyində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının hərbi qulluqçularının iştirakı ilə keçirilən məşğələlər zamanı istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, eləcə də digər tapşırıqları praktiki olaraq icra edirlər. Məşğələlərin keçirilməsində başlıca məqsəd mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmada olan müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.
OXŞAR XƏBƏRLƏR
17:19
669
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
581
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
645
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
19:48
1031
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
990
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
1101