Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında NÖVBƏTİ GÖRÜŞ - VAXT AÇIQLANDI
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı Ararat Mirzoyan İsveçrənin paytaxtı Cenevrədə görüşəcək.
APA TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyan "Twitter"də bildirib.
Onun sözlərinə görə, görüş bazar günü - oktyabrın 2-də baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl iki nazir ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə sentyabrın 20-də Nyu-Yorkda bir araya gəlmişdi. Həmin görüşdə ABŞ tərəfi nazirlərin yaxın günlərdə daha bir görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdi.
OXŞAR XƏBƏRLƏR
16:29
143
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
137
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1035
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
995
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
905
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
19:20
1137