Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib.
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Onun sözlərinə görə, Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb, lakin 30 iyun 2022-ci il tarixinə olan məlumata əsasən, 58 ölkədə 5322 virusa yoluxma və bir ölüm halı qeydə alınıb.
“Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir və sözügedən vasitələr yoluxma hallarının aşkarlanmasına və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə kömək edəcək. Biz ölkələrə nəzarət, təmasların izlənməsi və yoluxmuş xəstələrin izolyasiya olunması daxil olmaqla sınaqdan keçirilmiş ictimai səhiyyə vasitələri ilə dəstək olmağı hədəfləyirik. Erkən diaqnostika bu səyin mühüm hissəsidir”, - deyə Hande Harmancı bildirib.
Meymunçiçəyi adətən heyvanlarda müşahidə olunan bir virusun yaratdığı xəstəlikdir. Onun simptomları keçmişdə müşahidə olunan çiçək xəstəliyinin əlamətlərinə bənzəyir, lakin, o, klinik cəhətdən daha yüngüldür (effektiv peyvənd sayəsində 1980-ci ildə çiçək xəstəliyinin kökü kəsilib).
Meymunçiçəyi virusu yoluxmuş heyvanlardan insanlara dolayı və ya birbaşa təmas yolu ilə ötürülür. İnsandan-insana ötürülmə virusa bulaşmış dəri və ya zədələrlə, o cümlədən üz-üzə
və tənəffüs damcıları ilə birbaşa təmasda baş verə bilər.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi