Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir
Ölkəmizdə keçirilən “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, mərhələnin planına uyğun olaraq Azərbaycan və Türkiyənin aviasiya vasitələrinin gündüz və gecə şəraitində döyüş uçuşları keçirilib.
Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirib.
OXŞAR XƏBƏRLƏR
11:43
429
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
432
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
447
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1269
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1855
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1864