Azərbaycan Texnologiya Universitetində dezinfeksiya işləri aparılıb – KORONAVİRUS TƏHLÜKƏSİ
Koronavirus təhlükəsinə qarşı Azərbaycan Texnologiya Universitetində dezinfeksiya işləri aparılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, mütəxəssislər tərəfindən tələbələr üçün nəzərdə tutulan avtobus, akt zalları, auditoriyalar, laboratoriyalar, təlim mərkəzləri, dərs və iş otaqları, sanitar qovşaqlar və zirzəmilər dezinfeksiya edilib.
6 tədris korpusu və inzibati bina dezinfeksiya edildikdən sonra, işlər universitetin idman zalında və yataqxanada aparılıb.
Dezinfeksiya işlərini icra edən mütəxəssislər bildiriblər ki, koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə 9-12 saatadək qalıcılıq qabiliyyəti var.
Dezinfeksiya zamanı Türkiyə və İspaniya istehsalı yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən istifadə olunub.
Qeyd edək ki, ölkə ərazisində koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib