Azərbaycan Rusiyadan 300 000 doza “Sputnik V” vaksini alacaq
Baş nazir Əli Əsədov "Dərman vasitəsinin idxalı barədə" sərəncam imzalayıb.
APA TV-nin məlumatına görə, sərəncama əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.
Qeyd edək ki, eyni zamanda 180 gün ərzində Azərbaycana 432 000 doza “AstraZeneca” vaksini gətiriləcək.
OXŞAR XƏBƏRLƏR
13:54
879
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
877
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
2029
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1479
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1901
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1069