Azərbaycan Prezidenti və Gürcüstanın Baş Naziri arasında telefon danışığı olub
Gürcüstanın Baş Naziri Giorgi Qaxaria fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
APA Tv xəbər verir ki, Giorgi Qaxaria Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti və Gürcüstanın Baş Naziri ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
19:48
357
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
354
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
331
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
303
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
299
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
307