Azərbaycan prezidenti üç ölkənin səfirinin etimadnamələrini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun etimadnaməsini qəbul edib.
APA TV xəbər verir ki, səfir Zakari Qros fəxri qarovul dəstəsinin qarşısından keçib.
Zakari Qros etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasın və Xorvatiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçin də etimadnamələrini qəbul edib.
Prezident İlham Əliyev diplomatlara yeni vəzifələrində uğurlar arzulayıb, Azərbaycanla ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi işinə töhfələr verəcəklərinə inandığını bildirib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."