Azərbaycan Prezidenti Toivo Klaarla Ermənistanla sülh sazişinin imzalanmasını müzakirə edib
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
APA TV xəbər verir ki, Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şarl Mişelə çatdırmağı xahiş etdi.
Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, Azərbaycanın üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızla bağlı mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Brüsseldə keçirilmiş görüşlərin nəticəsi olaraq əldə edilmiş razılaşmaların həyata keçirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğuladı.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi