Azərbaycan Prezidenti Rüstəm Emoməlini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlini qəbul edib.
APA TV xəbər verir ki, Prezident İlham Əliyev Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməlinin səfərinin səmərəli keçəcəyinə və ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Azərbaycanın və Tacikistanın bir çox istiqamətlərdə sıx qarşılıqlı fəaliyyət həyata keçirdiyini vurğulayan dövlətimizin başçısı özünün Tacikistan Prezidenti Emoməli Rəhmonla təmaslarının və qarşılıqlı dəstəyin önəmini qeyd etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirdi, iqtisadi, nəqliyyat və investisiya qoyuluşu sahələrində də yaxşı perspektivlərin mövcud olduğunu vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli, ilk növbədə, Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Rüstəm Emoməli parlamentlərimiz arasında əməkdaşlıq haqqında sazişin, həmçinin Bakı və Düşənbənin qardaşlaşması barədə sənədin imzalanacağını qeyd edərək, bunları dostluq əlaqələrimizin yaxşı göstəricisi kimi qiymətləndirdi.
Prezident İlham Əliyev Tacikistanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Emoməli Rəhmona çatdırmağı xahiş etdi.
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib