Azərbaycan Prezidenti İlham Əliyev səs verib
Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib.
APA TV-nin xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər.
Prezident İlham Əliyev səsvermə otağına daxil olub, seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Sonra birinci xanım Mehriban Əliyeva və ailə üzvləri səs veriblər.
Qeyd edək ki, Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində 574 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 20 namizəd mübarizə aparır.
OXŞAR XƏBƏRLƏR
19:48
401
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
398
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
374
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
307
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
304
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
312