Azərbaycan Prezidenti Bilal Ərdoğanı qəbul edib
Prezident İlham Əliyev dekabrın 24-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
APA TV-nin məlumatına görə, Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından və öz adından dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Təbrikə və göstərilən diqqətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonla danışdığını məmnunluqla qeyd edib.
Söhbət zamanı Çövkən Milli Atüstü Oyunu üzrə Prezident Kubokunun final mərhələsinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirilib, milli idman oyunlarının inkişaf etdirilməsi istiqamətində ölkələrimizin əməkdaşlığının önəmi vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək