Azərbaycan Ordusunun şəhid olan əsgəri Gəncədə dəfn olunub
Vətən müharibəsində itkin düşən daha bir hərbiçimizin şəhid olduğu müəyyənləşib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, adı Vətən Müharibəsinin itkin düşmüş hərbiçilərin siyahısında olan Əmrah Rajapovun şəhid olduğu təsdiqlənib.
Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Ordumuzun əsgəri, 2000-ci il təvəllüdlü Əmrah Rajapovun nəşi Gəncə şəhərinə aparılıb. Şəhid Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.
Xatırladaq ki, 2000-ci il təvəllüdlü Ə. Rajapov Gəncədə anadan olub. Uşaq yaşlarında atasını itirən Əmrah Gəncə şəhərində yerləşən Uşaq evində böyüyüb. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar