Azərbaycan Ordusunun minaya düşən hərbçisi şəhid olub
Azərbaycan Ordusunun hərbçisi şəhid olub.
Müdafiə Nazirliyindən APA TV-yə bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.
Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Ordumuzun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
OXŞAR XƏBƏRLƏR
19:45
1124
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1154
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1591
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
970
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
16:19
933
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
18:07
966