Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik nümunələrinin təbliğ edilməsi, mənəvi-psixoloji və döyüş ruhunun yüksəldilməsi istiqamətində silsilə tədbirlər keçirilib.
APA TV Müdafiə nazirliyinin saytına istinadən xəbər verir ki, tədbirlər çərçivəsində hərbi qulluqçular Şəhidlər xiyabanlarını, eləcə də faciə qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edib, hərbi hissə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzində tədbirlər keçirilib, 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər, videoçarxlar və kitab sərgiləri nümayiş etdirilib.
Azərbaycan Ordusunda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
OXŞAR XƏBƏRLƏR
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib
“Halal iqtisadiyyat və İslam maliyyəsi: yeni imkanlar” – MÜSAHİBƏ
IsDB-nin İllik Toplantıları çərçivəsində bir sıra maliyyə və investisiya sazişləri imzalanıb
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib