Azərbaycan Ordusunda döyüş atışlı təlim keçirilir
Döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqeyinin tutulması və texnikaların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.
Təlimin keçirilməsində əsas diqqət raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsinə yönəldilib.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib