Azərbaycan-Litva əlaqələri bu sahələrdə inkişaf edəcək
Azərbaycan-Litva biznes forumu keçirilib. Hər iki ölkənin rəsmiləri ilə yanaşı, İKT, qida sənayesi, kənd təsərrüfatı, tikinti, təhsil, tibb və digər sahələri təmsil edən iş adamlarının iştirakı ilə keçirilən biznes forumda Azərbaycan-Litva iqtisadi əməkdaşlığı barədə məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçılarının biznes forumda iştirakının əlaqələrin inkişafına ən yüksək səviyyədə verilən dəstəyin və önəmin göstəricisi olduğunu vurğulayıb.
Tədbirdə həmçinin, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, güzəştlərin tətbiq edildiyi sənaye parkları, aqroparklar barədə məlumat verilib. Vurğulanıb ki, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri Litva ilə tərəfdaşlığın inkişafına şərait yaradır. Belə ki, “yaşıl” iqtisadiyyatın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətlərində əməkdaşlıq üçün böyük perspektivlər var.
Litvanın iqtisadiyyat və innovasiya nazirinin müavini xanım Jovita Neliupşiene ölkəsinin Azərbaycanla tərəfdaşlığa önəm verdiyini qeyd edib, iqtisadi əlaqələrin inkişafı potensialı barədə fikirlərini bölüşüb. Azərbaycanda “yaşıl” iqtisadiyyata keçid istiqamətində görülən işləri vurğulayan nazir müavini bu sahədə əməkdaşlığın qarşılıqlı fayda verəcəyinə əminliyini ifadə edib.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir