Azərbaycan-İsrail əlaqələri müzakirə olundu – APA TV
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun görüşü olub.
İsrail Prezidenti İsxak Hersoq dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirdi və bununla bağlı İsxak Hersoqdan rəsmi məktub formasında da təbrik aldığını məmnunluqla qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunuldu. Həmçinin Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına təkan verdiyi bildirildi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi