Azərbaycan idmanına ağır itki - MİLLİ PARALİMPİYA KOMİTƏSİNİN SABİQ VİTSE-PREZİDENTİ VƏFAT EDİB
Azərbaycan idmanına ağır itki üz verib.
APA TV-nin məlumatına görə, ölkə idmanında müxtəlif vəzifələrdə işləmiş Şaiq Həmidov vəfat edib.
Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti bu gün 69 yaşında dünyasını dəyişib.
O, 1983-cü ildən 1995-ci ilə kimi "Spartak" Könüllü İdman Cəmiyyəti Mingəçevir Şəhər Şurasının sədri, 2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin vitse-prezidenti, Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin icraçı direktoru vəzifələrində işləyib.
2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub.
Ş. Həmidov həmçinin AFFA-da hakim inspektor kimi təyinat alıb.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi