Azərbaycan İran sərhədində insident ƏSGƏR YARALANDI

Azərbaycan-İran sərhədində indsident baş verib.

APA TV-nin Dövlət Sərhəd Ximətinə (DSX) istinadən məlumatina görə, hadisə gündüz saatlarında “Horadiz” sərhəd dəstə¬si¬nin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında - xidməti ərazidə müşahidə olunub.

Təqib edilən sərhəd pozucusunun qamışlıqda gizləndiyi məlum olub. O, müqa¬vimət gös¬tər¬ib, üzərindəki soyuq silahla bir sərhədçiyə xə¬sarət yetirib. Hərbi qulluqçuya tib¬bi yardım gös¬tərilib, vəziyyəti qənaətbəxşdir. Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram mari¬xuana, 105 qram heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub. Sərhəd pozucusu Azərbaycan vətəndaşıdır.

Tərtər rayo¬nu sakini, 1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu barəsində cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR