Azərbaycan-İran sərhədində atışma - 3 NƏFƏR ÖLDÜRÜLDÜ

Azərbaycan-İran sərhədində silahlı insident olub.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA TV-yə verilən məlumata görə, hadisə oktyabrın 2-i, saat 00:13 radələrində “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində baş verib. Sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozmaları müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıb, 1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İran İslam Respublikası istiqamətində qaçmağa, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaçmağa cəhd göstərib.

Sərhədçilər silah tətbiq etmək məcburiyyətində qalıb və hər 3 sərhəd pozucusu öldürülüb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR