Azərbaycan hərbçilərini şirnikləşdirmək istəyənlər peyda olub - Siyavuş Novruzov
“Azərbaycan hərbçilərini şirnikləşdirmək istəyənlər peyda olub, bunun qarşısı alınmalıdır”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur: “O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə də müraciətlər olur. Onlara müxtəlif formada vədlər verilir. Əmək haqları təklif olunur ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı kəskin şəkildə alınmalıdır. Bir çox vətəndaşımızı şirnikləndirmə yolu ilə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. Odur ki, buna yol verməməli, bunu qanunla tənzimləməliyik”.
OXŞAR XƏBƏRLƏR
18:44
344
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
18:43
263
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
16:47
464
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
20:35
1063
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
1101
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
973